Onlayn ictimai-siyasi qəzet
Türkiyə sənət dünyasının tanınmış simalarından biri, teatr, kino və televiziya sahəsində 50 ildən artıq fəaliyyət göstərən aktrisa Gülsen Tuncer 81 yaşında vəfat edib.
“Aşk-ı Memnu” serialında canlandırdığı Arsen xanım obrazı ilə geniş tamaşaçı auditoriyasının tanıdığı sənətçinin bir müddətdir səhhətində yaranan problemlər səbəbilə müalicə aldığı bildirilib.
Gülsen Tuncer nədən vəfat edib?
Musavat.com xəbər verir ki, Gülsen Tuncer uzun müddət beyin xərçəngi ilə mübarizə aparıb və müalicə alıb. 81 yaşında dünyasını dəyişən aktrisa uzun və zəngin yaradıcılıq yolu keçib. O, teatr və kino ilə yanaşı, televiziya və radio layihələrində də fəaliyyət göstərib.
Tuncerin vəfatı ailəsi, sənət ictimaiyyəti və pərəstişkarları arasında böyük kədərə səbəb olub.
Könül
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ