Onlayn ictimai-siyasi qəzet
Ermənilər Azərbaycan əleyhinə yeni böhtan kampaniyasına başlayıblar.
Musavat.com yekramos.org-a istinadən xəbər verir ki, BMT-yə Azərbaycan əleyhinə iddia təqdim edilib. Bu barədə Almaniyadakı ermənilərin mərkəzi şurasının sədri Conatan Şpangenberq məlumat verib. O bildirib ki, iddia 24 aprel tarixində təqdim olunub.
Onun sözlərinə görə, iddiada BMT-nin dustaqlarla bağlı müvafiq qurumundan Bakıda həbsdə olan ermənilərin məhkəmə qərarlarını “əsassız və ədalətsiz kimi tanınmasını, onların dərhal azad edilməsini və dəymiş ziyana görə kompensasiya ödənilməsini” tələb olunur.
İddiada həmçinin BMT nümayəndələrinin Bakıda saxlanılan ermənilərə baş çəkməsi tələbi də yer alıb. Sənədi qondarma “Arsax ombudsmanı” Artak Beqlaryan, erməni hərbi əsirlərinin Beynəlxalq Ədalət Məhkəməsi üzrə nümayəndəsi Siranüş Saakyan, İspaniyadan tanınmış hüquqşünas Martinez Ximenes (Julian Assancın vəkili), Liondan Meqan Şuron və Argentinadan İren Massimino imzalayıblar.
Şpangenberq həmçinin bildirib ki, Almaniya Bundestaqının ən yaşlı deputatı, doktor Gregor Gizi Almaniyanın xarici işlər naziri Johann Wadephula məktub ünvanlayıb. İAİ–Ermənistan sammitində həbsdəki erməni cinayətkarların azad edilməsi və “Arsaxdan köçmüş ermənilərin geri qayıtmaq hüququ” məsələsinin qaldırılması çağırışı yer alıb. Şpangenberq 4–5 may tarixlərində Ermənistanda keçiriləcək Aİ tədbirləri çərçivəsində bu mövzularla bağlı təşəbbüslərin də mövcud olduğunu qeyd edib.
Ermənilər bu həyasız addımı hüquqi çərçivədən daha çox siyasi və informasiya mübarizəsinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Çünki BMT-nin qeyd olunan işçi qrupu məhkəmə orqanı deyil və onun qərarları olarsa belə, heç məcburi hüquqi qüvvəyə malik deyil. Bu isə iddianın praktiki nəticələrindən çox, beynəlxalq ictimai rəydə təsir yaratmağa hesablandığını təsdiqləyir.
İddiada “girovlar” ifadəsinin işlədilməsi də əlbəttə ki, açıq şəkildə siyasi böhtandır. Çünki Azərbaycan tərəfi saxlanılan şəxslərin konkret cinayət əməllərində və ya hərbi fəaliyyətlərdə iştirak etdiyini sübuta yetirib. İddianı imzalayan şəxslərin böyük hissəsinin erməni tərəfinə yaxınlığı da suallar yaradır. Bu onu göstərir ki, işin hüquqi perspektivi olmadığını yaxşı dərk edən erməni lobbisi kampaniyanı siyasi nüfuz mexanizmləri üzərindən aparılır. Bu iddia real hüquqi nəticələrdən daha çox beynəlxalq platformalarda narrativ formalaşdırmaq və yalançı siyasi gündəm yaratmaq məqsədi daşıyır.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ