Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz atası ilə bağlı xatirəsini izləyiciləriylə bölüşüb.
O, uşaq yaşlarında atasının rol aldığı tamaşada öldürüldüyünü gördükdən sonra çox sarsıldığını qeyd edib:
"Bir dəfə uşaq vaxtı atamın tamaşasına gedib baxmışdım və sonda obraz olaraq onu öldürürdülər. Mənim 7-8 yaşım olardı, çox sarsılmışdım, hönkür-hönkür ağlamışdım. Atam məni qucaqladı və dedi ki, "Dəlisən? Aktyorlar ölmür ki..." O sözə nədənsə çox inanmışdım və müəyyən yaşa qədər elə bilirdim. Amma o vaxt anlamamışdım ki, o sözü cismən demir! İki gündür yaman çox darıxıram..." (Axşam.az)
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ