Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin “İnter Mayami” klubunun və Argentina millisinin yarımmüdafiəçisi Rodriqo de Paul Liqalar Kubokunun “Monterrey” ilə matçı zamanı Lionel Messiyə dəstəyini nümayiş etdirib.
Messinin atası Xorxe Messinin vəfatından sonra keçirilən qarşılaşmada De Paul 32-ci dəqiqədə uzaq məsafədən gözəl qola imza atıb.
Argentinalı futbolçu qol sevincini yaşadığı zaman formasını çıxararaq altından Lionel Messinin “10” nömrəli formasını göstərib.
Qeyd edək ki, səkkizqat “Qızıl top” sahibi Lionel Messi atasının vəfatı səbəbindən “Monterrey” ilə matçda iştirak etməyib. (Qafqazinfo)

18 Avqust 2026
17 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ