Onlayn ictimai-siyasi qəzet
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda keçirilən “Atletik” (Bilbao, İspaniya) – “Qarabağ” matçında xoşagəlməz hadisə yaşanıb.
Musavat.com xəbər verir ki, “San Mames” stadionunun tribunasında bir qrup azarkeş təxribat xarakterli addıma yol verib. Onlar qondarma “Dağlıq Qarabağ rejimi”nin bayrağını asıblar.
Hadisə oyunun ilk hissəsi zamanı baş verib və sosial şəbəkələrdə böyük narazılıq doğurub. Azərbaycanlı azarkeşlər və media nümayəndələri UEFA-nı dərhal tədbir görməyə çağırıblar.
Musavat.com
15 Oktyabr 2026
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ