İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Komissiyasının rəhbərindən sərt açıqlama: "Rusiya başladığı müharibəni uduzur"

Rusiya özünün başladığı müharibədə məğlubiyyətə uğrayır və buna cavab olaraq dinc sakinləri, eləcə də mülki infrastrukturu hədəf almağa davam edir.

Musavat.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen özünün sosial şəbəkə hesabında paylaşım edib.

"Rusiya özünün başladığı müharibədə uduzur və bunun əvəzini dinc insanları və mülki infrastrukturu vurmaqla çıxır. Biz üzv dövlətlər və tərəfdaşlarımızla birlikdə Ukraynanın ballistik raketlərə qarşı müdafiə imkanlarını gücləndirmək istiqamətində fəal iş aparırıq ki, mülki şəxslər arasında tələfatın qarşısı alınsın", – deyə Avropa Komissiyasının rəhbəri vurğulayıb.

O, Ukraynaya hava və raketdən müdafiə dəstəyinin göstərilməsini Avropa İttifaqı üçün ən vacib və təcili prioritet adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR