İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa üçün yeni dayaq: Türkiyə “ikinci ABŞ” roluna hazırlaşır

Avropa İttifaqının təhlükəsizlik arxitekturasında yeni istiqamət müzakirə olunur.

Musavat.com xəbər verir ki, "Türkiyə" qəzetinə görə, ABŞ prezidenti Donald Trampın Almaniyadan qoşunları çıxarmaq planı və NATO-dan mümkün çıxışla bağlı açıqlamaları Aİ-ni alternativ tərəfdaş axtarışına yönəldib.

Məlumata əsasən, Brüsseldə Türkiyə ilə təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi əsas variantlardan biri kimi nəzərdən keçirilir. Qəzet yazır ki, mövcud geosiyasi şəraitdə Avropa İttifaqının Türkiyədən başqa real alternativi yoxdur və Ankara ilə hərbi-siyasi koordinasiyanın artırılması qaçılmaz görünür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR