Onlayn ictimai-siyasi qəzet
Avstriyanın "Austrian Airlines" aviaşirkəti müvəqqəti olaraq İrana uçuşları ləğv edib. Uçuşlar hələlik yanvarın 12-nə qədər dayandırılıb.
Musavat.com bildirir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Məlumatda qeyd olunub ki, İranda davam edən iğtişaşlar, paytaxt Tehranda və ölkənin digər şəhərlərində kütləvi etirazların baş verməsi və bu etirazların indiyə qədər 200-dən çox insanın ölümünə səbəb olması ilə əlaqədar olaraq, aviaşirkət təhlükəsizlik səbəbi ilə İslam Respublikasına uçuşlarını gələn çərşənbə axşamına qədər dayandırıb.
Həmçinin qeyd olunub ki, uçuşların 13 yanvar tarixindən etibarən bərpa edilib-edilməyəcəyi ilə bağlı qərar "yenilənmiş vəziyyətin qiymətləndirilməsindən sonra" veriləcək.
Xalidə Gəray,
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ