İnsanlara hürriyət, millətlərə istiqlal!

Axios: Ağ Ev İranla uzunmüddətli qarşıdurmaya hazırlaşır

ABŞ administrasiyası Hörmüz boğazında İranla bir neçə gün, hətta həftələrlə davam edə biləcək qarşıdurma ehtimalını nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bu barədə Axios amerikalı rəsmilərə istinadən məlumat yayıb. Məlumata görə, hadisələrin sonrakı inkişafı əsasən Tehranın atacağı addımlardan, xüsusilə də kommersiya gəmilərinə qarşı mümkün hücumlardan asılı olacaq.

Mənbələr bildiriblər ki, Ağ Ev zərurət yaranacağı təqdirdə eskalasiyanı artırmaq imkanına malik olduğunu düşünür. Eyni zamanda, Hörmüz boğazından yüzlərlə tankerin təhlükəsiz keçməsindən sonra qlobal neft bazarında kəskin qiymət artımı ilə bağlı narahatlıqların azaldığı qeyd edilir.

"Axios"un məlumatına görə, gərginliyin yenidən artmasının səbəblərindən biri də İran rəhbərliyinin bir hissəsinin ABŞ ilə əldə olunan qarşılıqlı Anlaşma Memorandumunun nəticələrindən narazı olmasıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2026

16 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR