Onlayn ictimai-siyasi qəzet
Cənubi koreyalı beynəlxalq DJ və musiqi prodüseri, "Doktor" ləqəbi ilə tanınan Sunb Azərbaycanla bağlı paylaşımıyla diqqət çəkib.
Musavat.com xəbər verir ki, Xalq artisti Aygün Kazımova və HITMAKER Murad Arifin məşhur “Çalxala” mahnısını şərh edərək əsərə valeh olduğunu bildirib.
DJ paylaşımında mahnı barədə xoş sözlər yazıb və Bakı üçün xüsusi sürpriz hazırladıqlarını vurğulayıb.
Sunb paylaşımında “Fərqli ölkələr, bir dil - musiqi. Sərhədlər fərqli olsa da, musiqi birdir. Bakı üçün iki xüsusi hədiyyə hazırlamışıq” sözlərini qeyd edib.
Sözləri və musiqisi Murad Arifə məxsus olan “Çalxala” mahnısı yeni və fərqli remiks versiyasında təqdim olunub. Layihə sosial şəbəkələrdə izləyicilərin marağına səbəb olub.
Könül
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ