İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayı Xocalıda evin həyətinə girdi - Yeyib-içib geri qayıtdı-Video

Xocalıda yaşayış evinin həyətinə ayı girib.

Hadisə ötən gecə rayonun Badara kəndində baş verib.

Belə ki, vəhşi ayı kənd sakini Piriyev Elgün Aslan oğluna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olub.

Maraqlısı budur ki, ayı həyətə girən kimi əl-üz yuyulan yerə yaxınlaşıb, it üçün qoyulmuş yemi yeyib, üstündən də su içərək geri qayıdıb.

Ev sahibinin lentə aldığı videodan ayının bir ayağının olmadığı da görünür. Kənd sakinləri heyvanın minaya düşərək xəsarət aldığını ehtimal edirlər.\\“Qafqazinfo” 

Sözügedən görüntüləri təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR