Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə bağlı danışıqların Azərbaycanda keçirilməsi ehtimalına münasibət bildirib.
Musavat.com xəbər verir ki, Kremlin sözçüsü bu məsələ ilə bağlı konkret planın olmadığını deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan ərazisinin Ukrayna üzrə sülh danışıqları üçün platforma kimi istifadəsi gündəmdə deyil.
Peskov beləliklə, Ukrayna prezidenti Volodimir Zelenskinin Kiyevin Azərbaycanı danışıqlar məkanı kimi nəzərdən keçirməyə hazır olduğu barədə açıqlamasını şərh edib.
Musavat.com
10 Iyun 2026
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ