İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Dəmiryol Muzeyində “Açıq qapı” günü keçiriləcək

Azərbaycanda dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi münasibətilə iyulun 5-də Azərbaycan Dəmiryol Muzeyində saat 10:00-dan 18:00-dək “Açıq qapı” günü keçiriləcək.

Musavat.com xəbər verir ki, tədbir çərçivəsində ziyarətçilər ölkədə elektrikləşdirilmiş dəmir yollarının bir əsrlik inkişaf yolunu əks etdirən fotosərgi ilə yanaşı, muzeyin zəngin eksponatlar kolleksiyası ilə də tanış ola biləcəklər.

Qeyd edək ki, tədbirdə iştirak ödənişsiz olacaq və muzeyə giriş sərbəstdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR