Onlayn ictimai-siyasi qəzet
Dekabrın 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabah arasında telefon danışığı olub.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, Küveytin Baş nazirinin təşəbbüsü ilə baş tutmuş telefon danışığı əsnasında Azərbaycan-Küveyt münasibətlərinin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında bir çox sahələrdə inkişaf etdiyi vurğulanıb.
Hökumət başçıları iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər, qarşılıqlı faydalı əməkdaşlığın gündəliyində duran bir sıra aktual məsələləri nəzərdən keçiriblər.
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ