İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Türkiyə sevgisini daşıyan 10 yaşlı şəhid övladı hamını duyğulandırdı

Bakıda UİD Azərbaycan (Beynəlxalq Demokratlar Birliyi) tərəfindən Türkiyə və Azərbaycanın qardaşlığının daha da möhkəmləndirilməsinə yönəlmiş möhtəşəm bir tədbir təşkil olunub.

Musavat.com bildirir ki, Azərbaycan-Türkiyə qardaşlığına, birliyinə və ortaq dəyərlərinə həsr olunmuş tədbirdə 150-yə yaxın müxtəlif sahələr üzrə fəaliyyət göstərən iş adamları, Türkiyədən gəlib, Azərbaycanda çalışan peşəkar şəxslər, media nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər.

UİKK.jpeg (348 KB)

Proqramın əsas məqsədi UİD Azərbaycanın fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat vermək, təşkilatın missiyasını və həyata keçirdiyi layihələri təqdim etməklə birliyi ictimaiyyətə daha yaxından tanıtmaq olub.

Tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Şimali Kipr Türk Respublikasının Azərbaycan nümayəndəliyinin rəhbəri Ufuk Turganer iştirak edib.

WhatsApp Image 2026-02-03 at 15.17.16.jpeg (163 KB)

Türkiyədən qonaq qismində “15 Temmuz Şehitler ve Qaziler Derneyi”nin rəhbəri və nümayəndə heyətinin iştirak etdiyi tədbirdə 15 iyul və 20 Yanvar şəhidlərinin, həmçinin iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi yad edilib.

Tədbir UİD Azərbaycanın rəhbəri Cengiz Aygörün açılış nitqi ilə başlayıb. O, çıxışında UİD-in əsas fəaliyyət istiqamətləri, beynəlxalq əməkdaşlıqlar və Azərbaycan–Türkiyə münasibətlərinin ictimai diplomatiya müstəvisində daha da gücləndirilməsinin vacibliyindən bəhs edib.

Cengiz Aygör qurumun fəaliyyətindən danışaraq təşkilatın beynəlxalq miqyasda fəal rol oynadığını qeyd edib. Vurğulayıb ki, qurum Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmləndirilməsi, qardaşlıq əlaqələrinin dərinləşdirilməsi və ortaq dəyərlərin təşviqi üçün davamlı layihələr həyata keçirir.

WhatsApp Image 2026-02-03 at 15.17.17 (1).jpeg (196 KB)

Daha sonra “15 Temmuz Şehitler ve Qaziler Derneyi”nin sədri İsmail Hakkı Turunçu çıxışında insan haqlarının əhəmiyyətinə toxunaraq 15 iyul hadisələrinin xalqın vətənə və dövlətə bağlılığının bariz nümunəsi olduğunu qeyd edib.

Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Ufuk Turganer çıxışında UİD-in fəaliyyətlərini yüksək qiymətləndirərək, qurumun Türk dünyasında birlik və həmrəyliyin möhkəmləndirilməsinə verdiyi töhfələrdən danışıb.

WhatsApp Image 2026-02-03 at 15.17.17.jpeg (179 KB)

Xanım diplomat qeyd edib ki, Şimali Kipr və Azərbaycan arasındakı dostluq və əməkdaşlıq münasibətləri ölkələr üçün strateji əhəmiyyət kəsb edir. Bu əlaqələrin davamlı inkişafı iki qardaş ölkə arasında qarşılıqlı dəstəyi və birliyi daha da möhkəmləndirir.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün isə ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin prezidentlərin səyləri nəticəsində daha da gücləndiyini bildirib və iki ölkənin hər zaman bir-birinin yanında olduğunu vurğulayıb.

Tədbir çərçivəsində iştirakçılar arasında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub və qarşılıqlı əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

WhatsApp Image 2026-02-03 at 15.17.19.jpeg (184 KB)

“15 Temmuz Şehitler ve Gaziler Derneği”nin sədri İsmail Hakkı Turunçu “Yeni Müsavat”ın sualına cavabında bildirib ki, Türkiyə və Azərbaycanın şəhid ailələri və qaziləri öz ətrafında birləşdirən dərnəkləri ilə əməkdaşlığı davam etdirməyi düşünürlər.

Qeyd edib ki, bu, son dərəcə vacib təşəbbüsdür. Xüsusilə də dövlət başçılarımızın “Bir millət, iki dövlət” məramı ilə birliyimizin daha da möhkəmləndirilməsi istiqamətində addımlar atmasını məmnunluqla xatırladan təşkilat rəhbəri Azərbaycanın şəhid və qazilərlə əlaqəli dərnəklərlə də işbirliyi quracaqlarını söyləyib. Əlavə edib ki, rəhbərlik etdiyi təşkilatın dünya ölkələrinə səfərləri, bənzər görüşləri davam edəcək.

SEHİDDD.jpeg (232 KB)

Media üçün brifinqdə 15 iyul hadisələrində şəhid olan şəxslərin ailə üzvləri də də iştirak edib. 15 Temmuz körpüsündə şəhid olanlardan biri Mahmut Coşkunsu vaxtilə Azərbaycanda iş adamı kimi fəaliyyət göstərib. Burada isə azərbaycanlı Nigar xanımla ailə qurub və bir oğul övladları dünyaya gəlib. Atası qəhrəmancasına şəhid olan 10 yaşlı Ali Rza da tədbirdə iştirak edib.

“Azərbaycanı çox sevirsən, yoxsa Türkiyəni?” sualımıza Ali “hər ikisini” deyərək gülümsəyib.

SEHİDD.jpeg (194 KB)

Atasını körpə ikən itirmiş şəhid övladının məsum görünüşü, cavabları, baxışları hər birimizi duyğulandırır...Ali balamızı bağrımıza basırıq...

Əslən İğdırdan olan şəhid atası da polis olan oğlunun son anlarından bəhs edib. “Oğul getmə”, deyərkən “ata, mən görəvliyəm, getməliyəm” - cavabını aldığını və bir neçə saat sonra oğlunun körpü üzərində ağır yaralandığını, on günlük həkim səylərinin nəticə vermədiyini və övladının şəhidliyə qovuşduğunu deyən qəhrəman atası sonda “bütün bunlara baxmayaraq, qürurluyam” - deyə, qəhərlənib. Həyat yoldaşı da göz yaşlarını dəsmalına sıxıb...

Türkiyədən gəlmiş qazi qardaşımız da 15 iyulda Türkiyə dövləti, bayrağı üçün ayağa qalxdırqlarını və ölümün gözünün içinə dik baxaraq vətən xainlərinin üstünə getdiklərini söyləyib.

Ani olaraq beynimdən bir fikir keçir: Türkiyə və Azərbaycanın şəhid ata-anaları, ailələri, övladları necə də bir-birinə bənzəyir...

Allah şəhidlərimizə rəhmət, övladlarına səbr versin!

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR