İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur milyarder ömürlük HƏBS EDİLDİ - FOTO

Çin məhkəməsi "Evergrande" şirkətinin təsisçisi və keçmiş sədri Xuey-Ka Yanı ömürlük azadlıqdan məhrum edib.

Musavat.com xəbər verir ki, "The New York Times" nəşrinin verdiyi məlumata görə, o, pul vəsaitlərinin cəlb edilməsində dələduzluq, vəsaitlərdən təyinatı üzrə istifadə etməmək və qiymətli kağızlarla maxinasiyalar da daxil olmaqla bir sıra ittihamlar üzrə özünü təqsirli bilib.

İstintaq prosesində Şençjen Xalq Məhkəməsi Xuey-Ka və "Evergrande" şirkəti tərəfindən 2016-cı ildən 2021-ci ilə qədər olan dövrdə törədilmiş iri həcmli maliyyə pozuntuları faktlarını müəyyən edib.

Bura vəsaitlərdən qanunsuz istifadə və dövlət depozitlərinin mənimsənilməsi daxildir. Məhkəmə Xuey-Ka Yanın aktivlərinin müsadirə olunması, həmçinin "Evergrande Group" və onun törəmə strukturuna 2,35 milyard dollar məbləğində cərimə tətbiq edilməsi barədə qərar çıxarıb. 

Şençjen məhkəməsi bu iş üzrə daha 56 nəfərə cəza kəsib. Onların arasında Xuey-Ka Yanın iki oğlu da var. Onlara verilən cəza müddəti 22 aydan 18 ilə qədər dəyişir.

Xuey "Evergrande" şirkətini 1996-cı ildə Quançjou şəhərində təsis edib. Layihələrin maliyyələşdirilməsi cəlb edilmiş borc vəsaitləri hesabına həyata keçirilib ki, bu da şirkətə Çinin ən iri və ən dinamik inkişaf edən tikinti nəhənglərindən birinə çevrilməyə imkan verib. Xuey özü dünyanın ən zəngin insanları siyahısına daxil idi. Sonradan onun biznes imperiyası futbol klubu və elektromobil istehsalçısını almaqla daha da genişlənib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR