İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan XİN Pakistandakı terror hücumunu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanın Bəlucistan əyalətində törədilmiş terror hücumlarını pisləyib.

Musavat.com xəbər verir ki, bu barədə XİN-in "Facebook" hesabında paylaşım edilib.

"Pakistanın Bəlucistan əyalətində baş vermiş mənfur terror hücumlarını qətiyyətlə pisləyirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, qardaş Pakistan xalqına və hökumətinə səmimi həmrəylik hisslərimizi bölüşürük. Yaralananlara tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayırıq", - paylaşımda bildirilib.

"Terrorizmin bütün formaları və təzahürlərinə qarşı beynəlxalq səylərə möhkəm dəstəyimizi bir daha təsdiqləyirik", - XİN vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR