İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan yeni tərəfdaşlıqlara hazırlaşır

Xəbər verdiyimiz kimi, Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. Prezident İlham Əliyevin himayəsi altında təşkil olunan forumda qlobal iqtisadi gündəm və investisiya perspektivləri müzakirə olunacaq, sənədlər imzalanacaq.

Musavat.com xəbər verir ki, forum dünyanın aparıcı investorları, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələrini, biznes liderlərini bir araya gətirib.

İqtisadiyyat Nazirliyi və “The European House – Ambrosetti & TEHA Group”un strateji tərəfdaşlığı ilə keçirilən forum 2 gün davam edəcək. Tədbir “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub. Forum yeni tərəfdaşlıqların qurulması, investisiyaların cəlb edilməsi və yeni iqtisadi imkanların yaradılması baxımından mühüm platformadır. Məqsəd konkret layihələr üzrə tərəfdaşlıqlar qurmaq və qarşılıqlı rifaha xidmət edən birgə fəaliyyət mexanizmləri formalaşdırmaqdır.

Forum çərçivəsində təşkil ediləcək sessiyalarda qlobal iqtisadi və geosiyasi proseslərin iqtisadi artıma və investisiyalara təsiri, bu fonda Azərbaycanın strateji mövqeyi, regional bağlantı və investisiya imkanları, müxtəlif sahələrə aid əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

Beynəlxalq iqtisadi tədbir çərçivəsində Azərbaycana aid qurumların müxtəlif xarici şirkət və tərəfdaşlarla işbirliyinə dair sənədlərin imzalanması və mübadiləsi nəzərdə tutulur. İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun yeni investisiya istiqamətlərinin və əməkdaşlıq imkanlarının təşviqinə, Azərbaycanın regional iqtisadi bağlantılarda rolunun genişlənməsinə və perspektivli layihələrin reallaşdırılmasına töhfə verəcəyi gözlənilir.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR