İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda futbolçu bıçaqlandı - Vəziyyəti ağırdır - Yenilənib

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 2002-ci il təvəllüdlü V. Rzayev qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə bıçaqlanan şəxs "Kəpəz" futbol klubunun oyunçudur.

Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.//apa

****

“Kəpəz”in Mətbuat xidmətindən verilən açıqlamada futbolçunun vəziyyətinin ağır olduğu bildirilib: “Bəli, futbolçumuz Veysəl Rzayev bıçaqlanıb. Amma hadisənin səbəbi bəlli deyil. Hələ ki bu barədə məlumat yoxdur. Futbolçumuzun vəziyyəti ağırdır, amma həyati təhlükəsi yoxdur”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR