Onlayn ictimai-siyasi qəzet
Paytaxtın Səbail rayonu ərazisində yerləşən, məşhur “Port Baku Residence” yaşayış kompleksində satışa çıxarılan mənzilin qiyməti ciddi marağa səbəb olub.
Musavat.com xəbər verir ki, yerli elan saytlarının birində təklif olunan daşınmaz əmlakın dəyəri nə az nə çox, 10 milyon manat təşkil edir. 1050 kvadratmetr sahədən 9 otaqdan ibarət olan mənzil 32 mərtəbəli binanın 10-cu mərtəbəsindədir.
Elanda qeyd olunan digər məlumatlara əsasən, mənzilin yerləşdiyi kompleksdə 24/7 mühafizə, yeraltı parkinq, sürətli liftlər, geniş həyət və infrastruktur təmin edir.
Sözügedən mənzilin fotolarını təqdim edirik:
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ