İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda marketdən 5 min manatlıq oğurluq edilib

Paytaxtın Nərimanov rayonunda yerləşən marketlərin birindən ümumi dəyəri 5000 manat olan spirtli içkilər və tütün məmulatları oğurlanıb.

Musavat.com xəbər verir ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Ə.Əlfəddinzadə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, dəfələrlə müxtəlif vaxtlarda həmin marketdən oğurluq edib.

Araşdırmalar davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2026

13 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR