Onlayn ictimai-siyasi qəzet
Bakıdan Xocalıya piyada yola düşən Hümbətov Bəhruz Hüseyn oğlu bu gün Xocalıya-Xocalı Soyqırımı Memorialına çatıb.
Musavat.com bildirir ki, 2002-ci il təvəllüdlü Hümbətov Bəhruz Hüseyn oğlu Xocalıda şəhid olmuş babasının xatirəsinə ehtiram olaraq piyada yürüşə çıxmışdı.
O, 1992-ci ildə Xocalı rayon Meşəli kəndində şəhid olmuş Bəhlul Hümbətovun nəvəsidir. Bəhruz 15 fevral tarixində Bakının Yeni Yasamal qəsəbəsindən yola düşüb və bu gün Xocalıya çatıb.
Qeyd edək ki, Bəhruz Hümbətov Xocalı azad olunacağı təqdirdə ora piyada gedəcəyinə əhd etmişdi.
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ