İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş direktorun avtomobili BELƏ PARTLADILDI - ANBAAN VİDEO

Rusiyanın Sverdlovsk vilayətinin Bolşoy İstok qəsəbəsində “Upır” pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üzrə müəssisənin baş direktoru Vladimir Tkaçukun olduğu avtomobil partladılıb.

Musavat.com xəbər verir ki, partlayışdan sonra “Mercedes” markalı avtomobil tamamilə yanaraq kül olub.

Tkaçuk ağır xəsarətlər alıb və təcili olaraq reanimasiyaya yerləşdirilib.

Hazırda həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Baş vermiş hadisə ilə bağlı qəsdən adam öldürməyə cəhd maddəsi üzrə cinayət işi qaldırılıb. Müstəntiqlər partlayışın təfərrüatlarını, eləcə də hücumun təşkilində əli olan şəxsləri müəyyənləşdirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2026

15 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR