İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarusda daha üç tanınmış siyasi məhbus azadlığa buraxıldı

Belarusda saxlanılan bir sıra tanınmış siyasi fiqurlar azadlığa çıxıb.

Musavat.com xəbər verir ki, 2022-ci il Nobel Sülh Mükafatı laureatı, hüquq müdafiəçisi Ales Belyatski, müxalif siyasətçi Viktor Babariko və vəkil Maksim Znak azad edilənlər siyahısına daxil edilib.

Xatırladaq ki, hər üç şəxs uzun müddət Belarus hakimiyyətinə qarşı fəaliyyətlərinə görə həbsdə saxlanılırdı və beynəlxalq təşkilatlar onları siyasi məhbus kimi tanıyırdı. Onların azadlığa buraxılması son günlər Minskdə aparılan danışıqlar və xarici təzyiqlər fonunda baş verib.

Hadisə beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR