Onlayn ictimai-siyasi qəzet
Tehran Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İran qüvvələrinin Əmirlik ərazisinə raket atması ilə bağlı iddialarını qəbul etmir.
Musavat.com xəbər verir ki, Tehranın mövqeyini İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai nazirliyin saytında yerləşdirib.
Açıqlamaya görə, Tehran "BƏƏ-nin İranın ölkəyə raket atması ilə bağlı iddiasını qəti şəkildə rədd edir və İslam Respublikasına qarşı ittihamlara görə təəssüfünü bildirir".
Sözçü iddia edir ki, bu cür ittihamlar "mehriban qonşuluq prinsipinə zidd, regional ölkələr arasında etimadın qurulması və Fars körfəzində qeyri-sabitliyin artmasının qarşısının alınması səylərini sarsıdır".
Bəqai bütün tərəfləri ABŞ və İsrailin "regionda sülhə və təhlükəsizliyə qarşı yönəlmiş" hərəkətləri ilə bağlı "mövcud çətinlikləri nəzərə alaraq" İrana qarşı əsassız ittihamlardan çəkinməyə çağırıb.
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ