İnsanlara hürriyət, millətlərə istiqlal!

Bələdiyyə sədri və məmurlar QANDALLANDI - FOTO

Türkiyədə böyük rüşvət və korrupsiya əməliyyatı çərçivəsində İstanbulun Üsküdar bələdiyyəsinin sədri Sinem Dedetaş da daxil olmaqla 6 nəfər saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə İstanbulun Anadolu Baş Prokurorluğu rəsmi məlumat yayıb.

Məlumata görə, səs-küylü təhqiqat Üsküdar bələdiyyəsində tikinti və istismar icazələrinin verilməsi zamanı yol verilən ciddi qanunsuzluqlar haqqında daxil olan şikayətlər, zərərçəkənlərin və istintaqla əməkdaşlıq edən şübhəlilərin ifadələri əsasında başlanıb.

Əməliyyat çərçivəsində hüquq-mühafizə orqanları İstanbulda 11 müxtəlif ünvanda eyni zamanda əməliyyat keçiriblər.

Əməliyyat nəticəsində bələdiyyə sədri Sinem Dedetaş ilə yanaşı, onun müavini, aparat rəhbəri, memar, iş icraçısı və podratçı həbs edilib.

Hadisə ilə bağlı genişmiqyaslı istintaq tədbirləri davam etdirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR