İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-də ara qarışdı: Pezeşkian ÜSYAN etdi, Netanyahuya görə çoxu zaldan çıxdı

İran Prezidenti Məsud Pezeşkian ölkənin yeni Ali Lideri Müctəba Xameneinin tamamilə sağlam olduğunu, lakin təhlükəsizlik səbəbindən ictimaiyyət qarşısında görünməkdən yayındığını bildirib.

Pezeşkian bu barədə CBS News telekanalına müsahibəsində danışıb. O, həmçinin Müctəba Xamenei ilə görüşlərindən və Ali Liderin dövlət qərarlarının qəbulundakı iştirakından söz açıb.

Pezeşkianın sözlərinə görə, vəzifəyə gəldikdən sonra İranın yeni yeni Ali Lideri ilə iki dəfə görüşüb. Görüşlərdən biri yeddi saatdan çox davam edib.

Aparıcı Marqaret Brennan Müctəba Xameneinin hakimiyyətə gəldikdən sonra niyə demək olar ki, ictimaiyyət qarşısına çıxmadığını və yeni onun fotolarının dərc edilmədiyini soruşub.

Pezeşkian bunu yeni hücum təhlükəsi ilə izah edib.

“Səbəblərdən biri odur ki, düşmənlər istənilən halda onun harada olduğunu öyrənməyə çalışırlar”, - İran Prezidenti deyib.

Pezeşkian bu narahatlığı ABŞ və İsrailin İrana qarşı əvvəlki zərbələri ilə əlaqələndirib. Onun sözlərinə görə, İran nümayəndələri danışıqlar apardıqları vaxt hücuma məruz qalıblar.

“Biz danışıqlar aparırdıq, onlar həmin şəxsləri öldürdülər. Yenidən danışıqlar aparmağın, onların gəlib bizi bir daha öldürməsinin heç bir mənası yoxdur”, - Pezeşkian bildirib.

O əlavə edib ki, hazırda İranda belə qətllərin təkrarlanmayacağına dair əminlik yoxdur.

Aparıcı Brennan həmçinin ABŞ və İsrailin İrana zərbələri zamanı atasını və digər ailə üzvlərini itirən, özü isə yaralanan yeni Ali Liderin səhhəti barədə soruşub.

İxtisasca həkim olan Pezeşkian Müctəba Xameneinin səhhətində davam edən hər hansı problemin olmadığını bildirib.

“Tibbi baxımdan o, tamamilə sağlamdır. Bunu məndən, bir həkimdən eşidin və qəbul edin. Onun heç bir problemi yoxdur”, - İran Prezidenti deyib.

Qeyd edək ki, Pezeşkian BMT tribunasında ABŞ və İsraili terrorçu adlandırıb, İranda məktəbin bombalanması zamanı həlak olan şagirdlərin fotolarını nümayiş etdirib. Eyni zamanda, İsrail baş naziri Benyamin Netanyahu BMT-də çıxış edərkən əksər ölkələrin nümayəndələri zalı tərk edib.

TV Musavat-ın canlı yayımlanan "Həftə içi" verilişində aparıcı Emil Salamoğlunun suallarını İranşünas, siyasi şərhçi Sədrəddin Soltan cavablandırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR