Onlayn ictimai-siyasi qəzet
ABŞ-də adi görünən bir hərəkət qadının həyatını ciddi təhlükə altına qoyub.
Musavat.com xəbər verir ki, işdən sonra evə qayıdarkən gərginliyi azaltmaq üçün boynunu “xırtladan” qadın bunun ağır fəsadlara yol aça biləcəyini düşünməyib.
Məlumata görə, həmin hərəkət yuxu arteriyasının cırılmasına və tromb yaranmasına səbəb olub. Qadın boynunda səs eşitsə də və ağrılar davam etsə də, həkimə müraciət etməyib, beş gün ərzində yalnız ağrıkəsici dərmanlar qəbul edib.
Bir neçə gün sonra vəziyyət qəfil pisləşib. Qadın sağ gözündə işıq çaxmaları görüb, ardınca huşunu itirib. Ayıldıqdan sonra isə nitqində pozulma yaranıb, bədəninin sağ tərəfi keyiyib.
Həyat yoldaşı onu təcili xəstəxanaya çatdırıb. Həkimlər müayinədən sonra qadına boynun “xırtladılması” nəticəsində yaranan trombun beyinə düşməsi ilə bağlı insult diaqnozu qoyublar.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ