İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliyada SKANDAL: Prezidentin oğluna cinayət işi AÇILDI

Braziliya Ali Məhkəməsi yerli polisə ölkə prezidenti Luis Inasiu Lula da Silvanın oğlu barəsində təhqiqata başlamaq üçün icazə verib.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Prezidentin oğlu Fabio Luis Lula da Silva korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

İstintaqın ehtimalına görə, o, iş adamı Antonio Karlos Kamilo Antunesin Səhiyyə Nazirliyindəki maraqlarının lobbiçilik olunmasına köməklik göstərib.

Polis Fabio Lula da Silvanın Antunesin şirkətlərinə Səhiyyə Nazirliyinin rəsmiləri ilə əlaqə qurmaqda və istehsal etdikləri dərmanların dövlət tərəfindən satınalınmasını təmin etməkdə həqiqətən yardımçı olub-olmadığını araşdırmağı planlaşdırır.

Braziliya prezidenti artıq bəyan edib ki, oğlu barəsində də istənilən digər vətəndaş kimi araşdırma aparılacaq və o, bu prosesə heç bir halda müdaxilə etməyəcək.

Xatırladaq ki, oktyabrın 4-də Braziliyada prezident seçkiləri keçiriləcək. Dövlət başçısı yenidən seçilmək üçün senatоr Flavio Bolsonaro ilə mübarizə aparacaq.

Flavio Bolsonaronun atası, sabiq prezident Jair Bolsonaro 2022-ci ildə məhz Lulaya məğlub olub və hazırda dövlət çevrilişinə cəhdə görə 27 illik həbs cəzasını çəkir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

17 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR