Onlayn ictimai-siyasi qəzet
Ötən gün sosial şəbəkələrdə İçərişəhərdə baş verən qalmaqallı insidentin görüntüləri geniş müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, kadrlarda şortik geyinən gənc oğlanla orta yaşlı kişi arasında gərgin mübahisə yaşandığı görünür. İddialara görə, yaşlı kişi gənci geyiminə görə təhqir edib və ona sərt şəkildə irad bildirib. Hətta görüntülərdə kişinin "Səni bir də bu məhlədə görməyim!" dediyi eşidilir.
Hadisə qısa müddətdə sosial şəbəkələrin əsas müzakirə mövzularından birinə çevrilib. Bir çox istifadəçi baş verənləri şəxsi azadlıqlara müdaxilə kimi qiymətləndirib, digərləri isə yaşlı kişinin davranışını sərt tənqid edib.
Qalmaqallı görüntülərə tanınmış simalar da münasibət bildiriblər. Xalq artisti Brilliant Dadaşova hadisəyə biganə qalmayaraq sosial şəbəkə hesabında sərt reaksiya verib: "Bu nədir? Qoçu zəmanəsidir? Bakıda heç qoçular kimisə geyiminə görə təhqir etməyiblər".
Xalidə,
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ