İnsanlara hürriyət, millətlərə istiqlal!

Brilliantın mahnısı yenə oğurlandı 

Xalq artisti Brilliant Dadaşova yenə də mahnısının oğurlanması ilə gündəmə gəlib. 

Musavat.com xəbər verir ki, bu dəfə müğənninin Aisellə oxuduğu "Ayrı düşdük" mahnısı mənimsənilib.

Keti Xuçişvili adlı gürcü müğənni mahnını oxuyub və müəllifin kimliyini qeyd etməyib. Bu haqda Brilliant Dadaşova özü məlumat yayıb.

"Gürcü müğənnisi musiqimizi oğurlayıb oxuyub. Üstəlik, hər yerdə bizim musiqimizi gürcü mahnısı kimi təqdim edir", - deyə müğənni paylaşımında bildirib. 

Qeyd edək ki, bundan əvvəl Dadaşovanın mahnıları dəfələrlə erməni ifaçılar tərəfindən oğurlanıb. 

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR