İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya məhkəmələrində ağıllı eynəklər yasaqlandı

ABŞ-nin Meta korporasiyası tərəfindən istehsal edilən ağıllı eynəklərin istifadəsi İngiltərə və Uels məhkəmələrində qadağan edilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, vahid məhkəmə xidmətinin nümayəndəsinin dediyinə görə, məhkəmə binalarında və tribunallarda foto və video çəkilişinə açıq məhdudiyyətlər var, ona görə də Meta eynəklərinin istifadəsi qadağandır.

Media yazır ki, eynəklər məhkəmə zalına daxil olduqda ziyarətçilərdən müsadirə olunacaq.

Cavab olaraq, Meta nümayəndəsi bildirib ki, eynəklər foto və video çəkiliş zamanı yanıb-sönən LED indikatoruna malikdirlər və onu söndürmək və ya örtmək praktik olaraq mümkün deyil.

Əvvəllər Böyük Britaniyada pab və restoran kimi ictimai yerlərdə ağıllı eynəklərin istifadəsinin məhdudlaşdırılmasına başlandığını bildirilmişdi. Bu addım müştərilərin məxfiliyi ilə bağlı narahatlıqlar səbəbindən irəli sürülüb.

Ray-Ban və Meta şirkətlərinin birgə hazırladığı klassik günəş eynəyi dizaynını daxili kamera, mikrofonlar, dinamiklər və səs köməkçisi ilə birləşdirir. Onların əsas məqsədi əllərinizi boşaltmaq və smartfonunuza əl uzatmadan gündəlik işləri yerinə yetirməyə imkan verməkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR