İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya ordusunda HƏYƏCAN - Gizli nüvə bunkeri DAĞILDI

Britaniyanın müdafiəsində ciddi boşluq yaranıb. Dənizdə baş verən fırtına Yorkşir sahilində yerləşən iri gizli nüvə bunkerini dağıdıb.

Musavat.com REN TV-yə istinadən xəbər verir ki, bunker hələ Soyuq Müharibə dövründə inşa olunub və uzun illər fəaliyyət göstərib.

Lakin sərt payız fırtınaları sahili eroziyaya uğradaraq bunkeri ciddi zədələyib. Hazırda mütəxəssislər beton strukturu dənizə düşməzdən əvvəl necə bərpa edəcəklərini araşdırırlar.

Qeyd edək ki, bu bunkerlər bir həftə ərzində on nəfərə qədər insanı sığınacaqla təmin edə və hətta nüvə zərbəsindən belə sağ çıxa bilər. Britaniya ordusu isə 1980-ci illərdən sonra ilk dəfə bu bunkerləri genişmiqyaslı münaqişə üçün istifadəyə hazırlamağı planlaşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR