İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyada iki iranlıya terror hazırlığı ittihamı irəli sürüldü

Böyük Britaniya polisi iki İran vətəndaşını Mançesterdəki yəhudi icmasına qarşı terror hücumu planlaşdırmaqda ittiham edib.

Musavat.com Skotland Yardın açıqlamasına istinadən xəbər verir ki, şübhəlilər 20 sentyabrda Mançesterdə həbs olunan 36 yaşlı Salam Əhmədiyan və 34 yaşlı Rəhman Salehidir: "2 oktyabr cümə günü Krallıq Prokurorluğu Xidmətinin icazəsindən sonra hər ikisi 2006-cı il Terrorizm Qanununun 5-ci maddəsinə əsasən terror aktları hazırlamaqda ittiham olunublar". Müstəntiqlər hesab edirlər ki, onlar "sui-qəsdlə əlaqədar İranda olduğu güman edilən xaricdəki üçüncü şəxslə əlaqə saxlamış ola bilərlər".

İttihamlar bu il 20-21 sentyabr tarixlərində baş verən yəhudi bayramı Yom Kippurdan əvvəl törədilməyə cəhd olunan cinayətlərlə bağlıdır. İttihamlara görə, təqsirləndirilən şəxslər xlor və əyləc mayesindən istifadə edərək partlayıcı qurğu hazırlamaq təlimatları da daxil olmaqla, evdə hazırlanmış bomba üçün komponentlər əldə etməyə cəhd ediblər.

Hər iki saxlanılan şəxs hələ də həbsdədir və 3 oktyabrda paytaxtdakı Vestminster Magistrat Məhkəməsində hakim qarşısına çıxmalıdırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR