Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyada toydan bir neçə dəqiqə əvvəl qisas almaq məqsədilə gəlinin üstünə qara boya atıblar.
Musavat.com xəbər verir ki, bu barədə “Deyli meyl” nəşri yazıb.
Bildirilir ki, 35 yaşlı Cemma Monk orta məktəbdən sevgilisi olan kişi ilə toy salonuna getməyə hazırlaşırmış. Bu zaman onun qardaşının həyat yoldaşı Antonia İstvud bəy-gəlin masasına yaxınlaşan Cemmanın üzərinə bir vedrə qara boya atıb və hadisə yerindən qaçıb. Boya gəlinin üzünə, qollarına və sinəsinə çilənib və onun 1800 funt sterlinq (bizim pulla 4 122 manat) dəyərində olan gəlinliyinə düzəlməz zərər verib.
Gəlin bu hərəkətin onun toyunu pozmasına imkan verməyəcəyini bəyan edib. "Bir saniyə belə tərəddüd etmədim. Lazım olsaydı, alt paltarımda və üzü qara boyalı halda onunla evlənərdim", - Monk deyib.
Nəticədə toy mərasimi planlaşdırılandan iki saat gec baş tutub və gəlin yeni bir paltar kirayələməli olub.
Toydan sonra o, baldızı A.İstvuda qarşı məhkəmə iddiası qaldırıb.
Sonradan məlum olub ki, Antonia 2023-cü ildə öz toyunda baş verən hadisəyə görə qisas alırmış. O vaxt kimsə toy məclisində ona badalaq vurubmuş.
Məhkəmə A.İstvudu on ay şərti həbs cəzasına, Cemmaya 5000 funt sterlinq (təxminən 11 450 manat) təzminat ödəməyə məhkum edib. Həmçinin, qadının on il müddətinə C.Monka yaxınlaşmas qadağan edilib.
Musavat.com
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ