Onlayn ictimai-siyasi qəzet
Alimlər və geoloqlar tərəfindən “paradoks” adlandırılan xüsusi kristal növü həm heyranedici görünüşü, həm də təhlükəli təsirləri ilə diqqət çəkir.
Musavat.com xəbər verir ki, söhbət insan fəaliyyəti nəticəsində yaranan və təbiətdə normal şəkildə formalaşmayan kristallardan gedir.
Məlumata görə, trinitit adı verilən kristallar əsasən köhnə mədənlərdə, sənaye tullantılarında və kimyəvi reaksiyaların baş verdiyi ərazilərdə yaranır. Mütəxəssislər bildirirlər ki, kristalların parlaq və estetik görünüşü insanları valeh etsə də, onların yaranması ətraf mühit üçün ciddi təhlükənin göstəricisi hesab olunur.
Mütəxəssislər bildirirlər ki, bu kristallar vizual baxımdan çox gözəl görünsə də, onların olduğu ərazilərdə su və torpaq çirklənməsi yüksək səviyyədə olur. Bəzi hallarda həmin maddələrin insan sağlamlığı üçün təhlükəli ola biləcəyi vurğulanır.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ