İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu məhsulun qiyməti rekord həddə çatdı

ABŞ-da dizel yanacağının orta qiyməti növbəti tarixi maksimuma yüksəlib.

Bu barədə Amerika Avtomobil Assosiasiyası (AAA) məlumat yayıb.

Ölkədə bir qallon (3,79 litr) dizel yanacağının orta qiyməti 6,49 dollara çatıb.

Bir il əvvəl dizelin bir qallonu orta hesabla 3,70 dollara satılırdı. Bir həftə əvvəl isə qiymət 6,17 dollar səviyyəsində idi.

AAA-nın regional məlumatları da sentyabr ayında ABŞ-nin müxtəlif ştatlarında dizel qiymətlərinin rekord səviyyələrə yüksəldiyini göstərir.

Beləliklə, bir qallon dizelin qiyməti son bir ildə təxminən 75 faiz artıb./Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR