İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu, sənətkar adına layiq deyil, biabırçılıqdır"

Əməkdar artist İlkin Əhmədov sənət adamlarının tələffüz problemini tənqid edib.

Xanəndə "Günə uğurla" verilişində təhsilin və düzgün nitqin önəmindən danışıb. O, bəzi sənətçilərin təhsil almasına baxmayaraq, tələffüz problemlərinin olduğunu bildirib.

"Təhsil önəmlidir. Amma bəziləri var ki, təhsili olsa da, tələffüzü düz deyil. Bunu düzəldə bilmirsə, heç düzəlməyəcək də. "C", "ç" tələffüzü düzəlməlidir. Bir sənətkar adına layiq deyil. Bu, bədbəxtçilikdir" deyə, İlkin Əhmədov qeyd edib./Axşam.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR