Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, cütlüyün toyu İtaliyanın dünyaca məşhur istirahət məkanlarından olan Komo gölündə baş tutub. Üç gün davam edən dəbdəbəli mərasimin dəyərinin təxminən 3 milyon avro (165 milyon TL) olduğu iddia edilir.
Toy şənlikləri cümə günü başlayaraq bazar gününədək davam edib. Türkiyədən və xaricdən iş, sənət və cəmiyyət həyatının tanınmış simalarının qatıldığı tədbirin ilk qarşılanma mərasimi Komonun ən nüfuzlu məkanlarından biri hesab olunan Villa d’Este-də keçirilib.
Əsas toy mərasimi isə növbəti gün Komo gölünün möhtəşəm mənzərəsinə hakim mövqedə yerləşən, XVII əsrdən qalan tarixi Villa Pizzo malikanəsində təşkil olunub. Tarixi memarlığı və zəngin botanika bağları ilə seçilən məkanda keçirilən mərasim qonaqlara əsl nağıl ab-havası yaşadıb.
Toyun dekorasiyası, xüsusi hazırlanmış menyular, gecə boyu davam edən əyləncə proqramı və möhtəşəm atəşfəşanlıq şousu tədbirin ən çox diqqət çəkən məqamlarından olub. Mərasimin hər detalının xüsusi həssaslıqla planlaşdırıldığı bildirilir.
Qeyd edək ki, Hakan Demirağ daha əvvəl böyük oğlu Kaan Demirağın Aslışah Alkoçlar ilə toyunda da gündəmə gəlmişdi. İş adamı bu dəfə kiçik oğlu Ata Demirağın xoş gününü qeyd etməyin sevincini yaşayıb.
Könül
Musavat.com




06 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ