Onlayn ictimai-siyasi qəzet
Ukrayna Pilotsuz Sistemlər Qüvvələri 2022-ci ildə Buça şəhərində hərbi cinayətlər törətməkdə ittiham olunan Rusiya ordusunun 64-cü motoatıcı briqadasının yerləşdiyi məntəqəyə zərbə endirib.
Musavat.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (“Madyar”) məlumat yayıb.
Onun sözlərinə görə, pilotsuz uçuş aparatları düşmənin 3-cü və 36-cı ordularına məxsus poliqonları və hərbi düşərgələri cəbhə xəttindən 70 və 100 kilometr dərinlikdə vurub.
Komandan bildirib ki, ümumilikdə 21 dəqiq zərbə qeydə alınıb.
“Düşmənin canlı qüvvə itkiləri dəqiqləşdirilir. Hazırda Primorski Posadda yerləşən 64-cü briqada üzrə operativ məlumatlara əsasən 31 hərbçi itirilib. Onlardan 9-u ölüb, 9-u yaralanıb, 13-ü isə itkin düşüb. Ehtimal olunur ki, real itkilər bundan xeyli çoxdur. 3-cü ordunun “Trexizbenka” poliqonundakı itkiləri isə hələ dəqiqləşdirilir”, - deyə Madyar vurğulayıb.
Musavat.com
21 Iyul 2026
20 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ