İnsanlara hürriyət, millətlərə istiqlal!

Buzdan karusel: qeyri-adi attraksion interneti silkələdi - VİDEO

Qazaxıstanda nəhəng buz parçasından hazırlanmış qeyri-adi karusel sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Musavat.com xəbər verir ki, bu unikal attraksionun videosu qısa müddətdə on milyonlarla baxış toplayaraq internetdə sürətlə yayılıb.

Məlumata görə, ideyanın müəllifi səyyah və Qazaxıstan təbiətinin fəal təbliğatçısı Anzor Qasayevdir. O, donmuş iri buz güləsini xüsusi üsulla fırlanan karuselə çevirərək tamaşaçılara həm valehedici, həm də bir qədər riskli görünən görüntülər təqdim edib.

Sosial şəbəkə istifadəçiləri bu təşəbbüsü yaradıcılıq və cəsarətin nümunəsi kimi qiymətləndirir, bir çoxları isə belə attraksionun yalnız sərt iqlim şəraitində mümkün olduğunu vurğulayır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR