İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəmi bir ovucu yüzlərlə insanı doyurur - Bu məhsulla bağlı QƏRAR

ABŞ prezidenti Donald Tramp Kanadadan idxal olunan potas məhsullarının tədarükünü dayandıra biləcəklərini və Belarusla daha sərfəli qiymətə yeni müqavilə bağlamaq mərhələsində olduqlarını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu qərar Trampın ikinci prezidentlik dövründə daha da gərginləşən ABŞ-Kanada ticarət münasibətlərində yeni mübahisə mövzusu yarada bilər. Potas Kanadanın əsas ixrac məhsullarından biridir və kənd təsərrüfatında istifadə olunan gübrələrin mühüm xammalını təşkil edir.

Tramp açıqlamasında Belarusdan potas alınması ilə bağlı böyük müqavilə üzərində çalışdıqlarını bildirib.

“Belarus ilə potas almaq üçün böyük bir razılaşma bağlamaq üzərində işləyirik. Hazırda bunun üzərində çalışırıq. Qiymət Kanadaya ödədiyimiz məbləğdən xeyli aşağı olacaq”, – deyə Tramp bildirib.

Kanada dünyanın ən böyük potas ehtiyatlarına malik ölkələrindən biridir. Ölkənin xüsusilə Saskaçevan əyalətində yerləşən geniş yeraltı ehtiyatları kənd təsərrüfatı və gübrə sənayesi üçün mühüm xammal mənbəyi hesab olunur.

2025-ci ilin məlumatlarına görə, Kanada potas ixracından təxminən 22,9 milyard dollar gəlir əldə edib. Bu gəlirin əhəmiyyətli hissəsinin ABŞ-a ixracın payına düşdüyü bildirilir.

ABŞ-ın potas alışında alternativ ölkələrə yönəlməsi Kanadanın bu sahədəki ixrac gəlirlərinə təsir göstərə bilər.

Potas kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün istifadə olunan əsas gübrə xammallarından biridir. Bu səbəbdən onun tədarükündə baş verən dəyişikliklər həm gübrə bazarına, həm də kənd təsərrüfatı sektoruna təsir göstərə bilər.

Trampın ikinci prezidentlik dövründə ABŞ və Kanada arasında ticarət və siyasi münasibətlərdə ciddi gərginlik yaşanır.

Trampın Kanadanın ABŞ-ın 51-ci ştatına çevrilməsi ilə bağlı açıqlamaları da ölkədə geniş müzakirələrə səbəb olub. Bununla yanaşı, Kanada iqtisadiyyatının ABŞ bazarından yüksək dərəcədə asılı olması da diqqət çəkir.

Kanada ABŞ-dan kənar bazarlara ixracı artırmaq üçün yeni istiqamətlər axtarsa da, bu dəyişikliklərin qısa müddətdə həyata keçirilməsinin çətin olduğu bildirilir.

Kanada Mərkəzi Bankının rəhbəri Tiff Macklem də ABŞ-ın tətbiq etdiyi tariflərin mümkün iqtisadi təsirləri ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, tariflərin qüvvədə qalması halında ölkə iqtisadiyyatının dördüncü rübdə artımı yarıbayarı zəifləyə və 1 faizdən aşağı düşə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR