Onlayn ictimai-siyasi qəzet
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Kuper Hörmüz boğazında həyata keçirilən bombalama əməliyyatlarına son qoyulmasını tövsiyə edib.
Musavat.com xəbər verir ki, "Axios" nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, hərbi rəhbərlik zərbələrin artıq maksimum səmərəlilik həddinə çatdığını bəyan edib.
Məlumata görə, Kuperin və digər hərbi müşavirlərin bu tövsiyəsi ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi zərbələri dayandırmaq barədə yekun qərarına birbaşa təsir göstərib. Həftənin əvvəlində general Kuper gələcək addımlarla bağlı hazırladığı xüsusi tövsiyə paketini Pentaqona, Birləşmiş Qərargah Rəisləri Komitəsinə və Ağ Evə təqdim edib.
İki həftə davam edən intensiv zərbələr nəticəsində İranın Hörmüz boğazındakı gəmilərə hücum etmək imkanları və potensialı kəskin şəkildə zəiflədilib.
CENTCOM komandanlığı bildirib ki, boğaz ətrafında müəyyənləşdirilən strateji və hərbi obyektlərin böyük əksəriyyəti sıradan çıxarılıb. Bu səbəbdən bombalama əməliyyatlarının davam etdirilməsi üçün nəzərdə tutulan hədəf bazası faktiki olaraq tükənib.
Musavat.com
27 Iyul 2026
26 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ