Onlayn ictimai-siyasi qəzet
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper İsrailin yüksəksəviyyəli rəsmiləri ilə görüşündə İrana qarşı hərbi zərbələrin bərpa olunmasının tərəfdarı olduğunu bildirib.
Musavat.com xəbər verir ki, bu barədə "Channel 13" telekanalı məlumat yayıb. CENTCOM rəhbəri hərbi təzyiqin artırılmasının Tehranı danışıqlardakı mövqeyini dəyişməyə məcbur edə biləcəyini iddia edib.
Həftəsonu İsrailə səfəri zamanı Kuper İranın neft, qaz və energetika obyektləri də daxil olmaqla, milli infrastrukturuna zərbələrin yenidən endirilməsini müdafiə edib. O, həmçinin ABŞ-ın son nəticədə İsrail tərəfində yenidən hərbi əməliyyatlara qoşulmaqdan "başqa seçiminin qalmaya biləcəyini" bəyan edib.
Kuperin bu mövqeyi ABŞ Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri general Den Keynə və Prezident Trampa da çatdırılıb.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ