İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin ilk “robot ordusunu” yaratdı – VİDEO

Musavat.com xəbər verir ki, Çin texnologiya sənayesi tarixində yeni mərhələyə qədəm qoyub. Ölkənin UBTECH Robotics şirkəti dünyanın ilk sənaye yönümlü “robot ordusu”nun kütləvi istehsalına başladığını açıqlayıb.

Şirkətin məlumatına görə, robotların ilk partiyası artıq tamamlanıb və yaxın günlərdə sifarişçilərə təhvil veriləcək. Bu robotlar iri istehsal müəssisələrində ağır əməliyyatları insan müdaxiləsi olmadan yerinə yetirəcək, sənaye proseslərini avtomatlaşdıracaq və məhsuldarlığı artıracaq.

Robotların əsas alıcıları:

BYD

Geely Auto

FAW-Volkswagen

Dongfeng Liuzhou Motor

Foxconn

Bu müəssisələr həm Çinin, həm də dünyanın ən böyük avtomobil və elektronika istehsalçılarıdır. UBTECH-in bildirdiyinə görə, ilk robot partiyası artıq bu nəhəng zavodlara göndərilir.

Ekspertlərə görə, Çinin bu addımı qlobal sənayedə rəqəmsallaşma və avtomatlaşdırma yarışını daha da sürətləndirəcək. Yeni robotlar yüksək dəqiqlik, aşağı enerji sərfi və fasiləsiz çalışma xüsusiyyətləri ilə xüsusilə avtomobil istehsalı və elektronika sektorunda böyük üstünlüklər yaradacaq. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR