Onlayn ictimai-siyasi qəzet
Pekin və Tokio arasında növbəti diplomatik gərginlik yaşanıb.
Musavat.com xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin İturup adasına etdiyi səfərə Yaponiyanın göstərdiyi kəskin reaksiyaya münasibət bildirib.
Çin XİN-in rəsmi nümayəndəsi Quo Ciyakun (Guo Jiakun) Yaponiyanı İkinci Dünya Müharibəsinin yekunlarına və müharibədən sonra formalaşmış beynəlxalq qaydalara hörmətlə yanaşmağa çağırıb.
Çinli diplomat vurğulayıb ki, İkinci Dünya Müharibəsində qazanılan qələbənin nəticələri şəksiz qorunmalı və riayət olunmalıdır:
"Çin hər zaman Dünya Müharibəsindəki qələbənin nəticələrinə hörmətlə yanaşılmasının və onların saxlanılmasının tərəfdarı olub".
Pekin rəsmisi Yaponiyanı Qahirə Bəyannaməsi və Potsdam Müqaviləsi kimi fundamental beynəlxalq sənədlərə uyğun olaraq, müharibədən sonra yaranmış dünya nizamına riayət etməyə dəvət edib.
Xatırladaq ki, Pekinin bu sərt bəyanatı Yaponiyanın Vladimir Putinin Kuril adalarının tərkibinə daxil olan İturup adasına səfərini kəskin tənqid etməsindən dərhal sonra gəlib.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ