Onlayn ictimai-siyasi qəzet
Danimarka və Ukrayna yığmaları arasında keçirilən qarşılaşma Kristian Eriksenin yenidən meydanda huşunu itirməsi səbəbindən təxirə salınıb.
Danimarka Futbol Federasiyası tərəfindən verilən rəsmi açıqlamada Kristian Eriksenin hazırda özündə olduğu və mövcud şərait çərçivəsində vəziyyətinin müsbətə doğru getdiyi bildirilib.
Odense şəhərində baş tutan qarşılaşmanın 63-cü dəqiqəsində Danimarka yığmasının kapitanı Kristian Eriksenin qəfildən halı pisləşib.
34 yaşlı təcrübəli futbolçunun ürəyi dayanıb və o, huşunu itirərək yerə yıxılıb.
Baş verən hadisədən sonra referilər matçı bərpa etməyərək vaxtından əvvəl bitirmək qərarı alıblar.
Xatırladaq ki, Kristian Eriksen oxşar dəhşətli hadisə ilə 2021-ci ildə, Avropa çempionatı çərçivəsində keçirilən Finlandiya ilə oyunda da üzləşmişdi. Həmin vaxt meydanda ürəyi dayanan futbolçunu həkimlər böyük çətinliklə həyata qaytara bilmişdilər.//Milli.Az
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ