Onlayn ictimai-siyasi qəzet
Aprelin 20-si axşam saatlarında Myanmanın Saqayn bölgəsində yerləşən Xomalin şəhərinin çay limanında güclü partlayış baş verib.
Musavat.com xəbər verir ki, partlayış nəticəsində Çinduin çayı üzərində olan 10-dan çox yanacaq tankeri və gəmi alova bürünüb.
İlkin məlumatlara görə, hadisə nəticəsində azı 2 nəfər həlak olub, 11 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Partlayışın dəqiq səbəbi hələlik rəsmi olaraq müəyyən edilməyib.
Terminalda başlayan yanğını ötən axşamdan bəri söndürmək mümkün olmayıb. Yerli sakinlərin sözlərinə görə, hadisə yanacağın gəmilərə yüklənməsi zamanı baş verə bilər.
@@TVmusavat/145145@@
Musavat.com
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ