Onlayn ictimai-siyasi qəzet
"Qarabağ"ın futbolçusu Kadi Borges zədəsi ilə bağlı instaqram hesabında paylaşım edib.
Milli.Az xəbər verir ki, o, bunları yazıb:
"Çətin anlar hər bir idmançının həyatının bir hissəsidir. Amma bu bizim başımıza gələndə inanmaq çətindir. Mən bu andan daha güclü və çoxlu dərs alaraq geri dönəcəm. Sevgi və qayğı mesajlarınız üçün çox təşəkkür edirəm. Hamınızı çox sevirəm. Sizi ürəyimdə daşıyıram".
Qeyd edək ki, Kadi Borges UEFA Çempionlar Liqasının əsas mərhələsində "Çelsi" ilə (2:2) keçirilən matçda zədələnmişdi. Müayinələrdən sonra onun 8-10 həftə meydanlarda olmayacağı müəyyənləşmişdi.

05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ