İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış iş adamı VƏFAT ETDİ - FOTO

Türkiyənin tanınmış iş adamı, "Kahve Dünyası" və "Altınmarka" Qrupunun qurucusu Birol Altınkılıç 66 yaşında vəfat edib.

Altınkılıç Monakoda doğum gününü ailəsi və nəvələri ilə qeyd etdikdən sonra Monte Karloda istirahət zamanı ürək tutmasından həyatını itirib.

Birol Altınkılıç 1992-ci ildə təməli qoyulan "Altınmarka" qrupunun inkişafında mühüm rol oynayıb. Şirkət illər ərzində kakao və şokolad istehsalında Türkiyənin aparıcı şirkətlərindən birinə çevrilib.

Altınkılıçın adı xüsusilə "Kahve Dünyası" brendi ilə tanınıb. 2000-ci illərin əvvəllərində İstanbulun Eminönü rayonunda ilk mağazası fəaliyyətə başlayan brend sonrakı illərdə sürətlə böyüyərək İngiltərə və Səudiyyə Ərəbistanı da daxil olmaqla müxtəlif ölkələrdə 200-dən çox mağazası olan beynəlxalq şəbəkəyə çevrilib.

"Kahve Dünyası" yalnız qəhvə məhsulları ilə deyil, həmçinin dondurma və un məmulatları ilə də tanınıb.

Türkiyə iş dünyasında tanınmış simalardan olan Birol Altınkılıçın vəfatı ailəsi, yaxınları və iş dünyası üçün böyük itki kimi qiymətləndirilib./nocomment.az/

Altmışaltıncı doğum gününü Monte Carlo'da kutlayan Altınmarka ve Kahve  Dünyası'nın patronu Birol Altınkılıç kalp krizi sonucu öldü - Patronlar  Dünyası

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR